Xəzər Xəbər

“Qarabağ”ın hesabına 622 min avro köçürüldü

İdman | 14:53 • 14 Yanvar 2019
“Qarabağ”ın hesabına 622 min avro köçürüldü

Qələbə müqabilində ayrılmış vəsait "Qarabağ"ın hesabına köçürülüb.

AFFA-nın verdiyi məlumata əsasən, UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, UEFA Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində 1 qələbə qazandığına görə UEFA tərəfindən "Qarabağ” futbol klubuna 570 min avro pul vəsaiti ayrılıb. Əlavə olaraq, "Qarabağ”ın qələbələrinin sayına əsasən əlavə bonuslar 52 min avro həcmində hesablanıb.

Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə "Qarabağ” klubunun hesabına köçürülüb.

Xəbər lenti