Xəzər Xəbər

100 milyon dolları var, amma hər şeyi pulsuz alır

İdman | 18:49 • 17 Dekabr 2018
100 milyon dolları var, amma hər şeyi pulsuz alır

UFC-nin irlandiyalı döyüşçüsü Konor Makqreqor dəbdəbəli həyatı üçün pul ödəmir.


100 milyon dollar sərvətə sahib boksçu "Ferrari", "Lamborghini" və "Rolls Royce" kimi dəbdəbəli avtomobillərlə gəzir, bahalı geyim, içki və aksesuarlardan istifadə edir və bunları sosial şəbəkə hesabından göstərir.


Makqreqorun məşqçisi Con Kavanah maraqlı açıqlama ilə çıxış edib. O, boksçunun istifadə etdiyi şeylərin ona reklam qarşılığında pulsuz verildiyini bildirib. Məşqçi həmçinin bildirib ki, Konor ailəsinə bağlı, qumardan uzaq biridir.


Fanat.Az

Xəbər lenti