Xəzər Xəbər

Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq

İdman | 14:37 • 16 Dekabr 2018
Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq

Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə daha iki oyunla yekun vurulacaq.


Xezerxeber.az xəbər verir ki, günün ilk oyununda yarışın ötən mövsümdəki finalçısı "Qəbələ” Premyer Liqanın debütantı "Sabah”ı qəbul edəcək. Bu komandalar cari çempionatda eyni – 17 xala malikdirlər və dördüncü və beşinci pillələri bölüşürlər. Görüş saat 14:00-da başlayacaq. Qarşılaşmada ədaləti təmin etmək Rəvan Həmzəzadəyə həvalə olunub.


Günün saat 19:00-da başlayacaq sonuncu oyununda çempion "Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi "Keşlə”ni qəbul edəcək. "Qarabağ” çempionatda 30 xalla 2-ci, "Keşlə” isə 12 xalla 7-ci yerdə qərarlaşıb.

Xəbər lenti