Xəzər Xəbər

Futbolçunun atası oğlunun oynadığı matç zamanı öldü

İdman | 12:34 • 16 Dekabr 2018
Futbolçunun atası oğlunun oynadığı matç zamanı öldü

"Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası oğlunun oyununa baxarkən tribunada dünyasını dəyişib.

Mixael Gentner dünən "Herta” ilə matçın gedişində anidən yıxılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ölüm səbəbi hələ ki məlum deyil.

Hadisə ilə bağlı "Ştutqart” klubu açıqlama yayaraq Gentnerə başsağlığı verib. (Trend)

Xəbər lenti