Xəzər Xəbər

Dembele transferində "Arsenal"a Messi əngəl oldu

İdman | 12:44 • 12 Dekabr 2018
Dembele transferində "Arsenal"a Messi əngəl oldu

Son həftələrdə inamlı oyun sərgiləyən "Barselona"nın futbolçusu Usman Dembele ilə bağlı yeni iddia yayılıb.

Fransa millisinin üzvü üçün "Arsenal" təklif göndərib, lakin komandanın ulduzu Lionel Messi bu keçidə əngəl olub. Kapitan Dembelenin komandaya lazım olduğunu bildirərək, futbolçunun transferinə "qırmızı işıq" yandırıb. Klub rəhbərliyi London təmsilçisinin təklifini dəyərləndirmək istəsə də, Messinin fikrindən sonra Dembelenin satılmaması barədə qərar verilib.

Qeyd edək ki, 21yaşlı futbolçu cari mövsüm 19 oyuna 8 qol vurub, 5 assist edib.

Xəbər lenti