Xəzər Xəbər

"Fənərbaxça" idman direktorunu göndərir

İdman | 15:21 • 10 Dekabr 2018
"Fənərbaxça" idman direktorunu göndərir

Superliqanın son turunda "Akhisar"a uduzaraq (0:3) 16-cı yerə düşən "Fənərbaxça" fransalı idman direktoru Damien Komolli ilə iş birliyinə son qoyur.

"Fanatik" xəbər verir ki, səbəb komandanın uğursuz çıxışıdı. Baş məşqçi Ervin Kumanla birlikdə Komollinin də göndəriləcəyi iddia edilir.


Bu mövsüm heyətə cəlb olunan futbolçuların uğursuz çıxışı oyunçuların gətirilməsində ən böyük pay sahibi olan Komollinin gedişini qaçılmaz edib.

Fanat.Az

Xəbər lenti