Xəzər Xəbər

"Roma" türk futbolçuya qiymət qoydu

İdman | 16:46 • 17 Noyabr 2018
"Roma" türk futbolçuya qiymət qoydu

"Roma" bir çox Avropa nəhənginin maraq dairəsində olan Çingiz Ündərin transfer qiymətini müəyyənləşdirib.


İtaliya klubu türk futbolçu üçün 60 milyon avro tələb edir. "Roma" 60 milyondan az heç bir təklifi qəbul etmək niyyətində deyil.


Qeyd edək ki, Çingiz Ündər 2017-ci ilin yayında "Başakşəhər"dən "Roma"ya 13,4 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 27 milyon avro qiymət qoyduğu 21 yaşlı forvard cari mövsümdə 14 rəsmi oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə edib.


"Roma" Çingiz Ündərlə yanaşı, yunan mərkəz müdafiəçisi Kostas Manolas və italyan yarımmüdafiəçi Lorentso Pelleqrininin də transfer qiymətini müəyyənləşdirib. Manolasa 36, Pelleqriniyə 30 milyon avro qiymət qoyulub. Hər iki futbolçu mövsümün sonunda böyük ehtimalla satılacaq.


Fanat.Az

Xəbər lenti