Xəzər Xəbər

UEFA “Mançester Siti” klubunu yenidən yoxlaya bilər

İdman | 19:36 • 13 Noyabr 2018
UEFA “Mançester Siti” klubunu yenidən yoxlaya bilər

UEFA "Mançester Siti” klubunu maliyyə "Fair play” qaydalarının pozulması ilə bağlı yenidən yoxlaya bilər.


AZƏRTAC "sport.ru”ya istinadla xəbər verir ki, UEFA ötən illər ərzində maliyyə baxımından ədalətli oyun qaydalarının pozulması ehtimalına görə yeni istintaqın mümkünlüyü ilə bağlı kluba xəbərdarlıq edib. Ötən həftə Almaniyanın "Der Spiegel” nəşri "Mançester Siti” və "Pari Sen-Jermen” klublarını maliyyə "Fair play” qaydalarını müntəzəm pozduqları və 2014-cü ildə bu klubların ciddi cəza almamaları üçün UEFA ilə gizli razılığa gəlməsi barədə məqalələr dərc edib.


Yaxın günlərdə UEFA rəsmi olaraq, məlumatları öyrənməyə və dörd il əvvəl dayandırılmış işlə bağlı audit aparmaq üçün yeni araşdırmalara başlamağa söz verib.


Xatırladaq ki, 2014-cü ildə UEFA "Mançester Siti”ni maliyyə baxımından ədalətli oyun qaydalarını pozduğuna görə 49 milyon funt sterlinq məbləğində cərimələyib.

Xəbər lenti