Xəzər Xəbər

"Mançester Yunayted" 2 futbolçusunu satır

İdman | 15:25 • 13 Noyabr 2018
"Mançester Yunayted" 2 futbolçusunu satır

İngiltərənin "Mançester Yunayted" klubu iki futbolçusunu satmağa qərar verib.

XəzərXəbər matç.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi qış "transfer pəncərəsi" zamanı iki müdafiəçisi ilə vidalaşmaq niyyətindədir.

Klub rəhbərliyi Markos Roxo və Erik Bayi satmaq fikrindədir. Çünki hər iki oyunçu heyətə düşməkdə çətinlik çəkir.

Roxo cari mövsümdə meydana çıxmayıb. Bayi yalnız 6 dəfə şans qazanıb.

Bu oyunçuların satışından əldə olunacaq vəsait yeni transferə xərclənəcək. MY "Tottenhem"dən Tobi Alderveyreld və ya "İnter"dən Milan Şkrinyarı almaq istəyir.

Xəbər lenti