Xəzər Xəbər

Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

İdman | 11:01 • 13 Noyabr 2018
Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

İrlandiyanın "Mallinqar Taun" klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birlikdə müttəfiq respublikaların Birlik Liqası çərçivəsində "Horslip"lə oyundan sonra hakim Daniel Svini döyüblər.

Bu barədə "Report" BBC agentliyinə istinadən məlumat verir.

Bildirilir ki, futbolçular və azarkeşlər oyundan sonra hakimi tutaraq, onun çənəsini sındırıblar, habelə digər ciddi xəsarətlər yetiriblər. "Biz hakimlərimizdən birinin vəhşicəsinə hücuma məruz qalmasından şoka düşdük. Onun çənəsi hər iki tərəfdən sınıb, üzünün yuxarı hissəsində də sınıq var. Gözünün altındakı sümük sınıb, eləcə də burnu zədələnib", - deyə İrlandiyanın Hakimlər Birliyinin prezidenti Pol О Brayen bildirib.

"Mallinqar Taun" komandasından hadisə ilə bağlı şərh verməkdən imtina ediblər. Komanda "Horslip" üzərində 3:1 hesablı qələbə qazanıb.

Xəbər lenti