Xəzər Xəbər

"Real" Konte ilə danışıqlara başladı

İdman | 15:52 • 18 Oktyabr 2018
"Real" Konte ilə danışıqlara başladı

"Real" rəhbərliyi "Çelsi" və "Yuventus"un sabiq baş məşqçisi Antonio Konte ilə danışıqlara başlayıb.


"Football Italia" xəbər verir ki, artıq italiyalı mütəxəssislə danışıqların ilkin mərhələsi oktyabrın 15-də gerçəkləşib. Hazırda təmaslar davam edir.


"Kral Klubu" İspaniya çempionatında ardıcıl 3 oyundu qalib gələ bilmir. Madrid təmsilçisi 8 turdan sonra 4-cü yerdədi və lider "Sevilya"dan 2 xal geridədi.


Qeyd edək ki, "Real"a iyunun 15-dən rəhbərik edən hazırkı baş məşqçi Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. Onun "Kral Klubu"ndakı taleyinə oktyabrın 28-də "Barselona" ilə La Liqa matçından sonra aydınlıq gələcəyi bildirilir.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar