Xəzər Xəbər

Həbib UFC himayəsi altında çıxış etməyə davam edəcək Prezident qərarını açıqladı

İdman | 11:46 • 17 Oktyabr 2018
Həbib UFC himayəsi altında çıxış etməyə davam edəcək
Bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib

UFC prezidenti deyib ki, Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək: "Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”.

UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.

"Həbib əla oğlandır”, - təşkilat rəhbəri əlavə edib.

Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib. (oxu.az)

Xəbər lenti