Xəzər Xəbər

“Milan” Patrik Kutrone ilə müqavilənin müddətini uzadıb

İdman | 16:05 • 16 Oktyabr 2018
“Milan” Patrik Kutrone ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Milan” klubu gənc ulduzu olan Patrik Kutrone ilə müqaviləsini uzadıb.


AZƏRTAC "Milan” klubunun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı futbolçu daha beş il "Milan” klubunun şərəfini qoruyacaq. Klub öz yetirməsi sayılan gənc hücumçuya 1,5 milyon avro ilə ödəyəcək.


"Mən bu klubda çox xoşbəxtəm. Bura mənim ikinci evimdi. Artıq 4 ildir ki, "Milan”nın formasını geyinirəm və bununla çox qürur duyuram. Ümidvaram ki, qarşıdakı illərdə də klubun yenidən zirvələrə qalxmağına faydalı olacağam”, – deyə italiyalı bildirib.


Qeyd edək, cari mövsümdə İtaliya A Seriyasında Patrik klubun ən sərrast hücumçusu olub (17 qol).


Bu mövsüm isə "rossoneri”lərin heyətində 6 dəfə meydana çıxıb, 3 dəfə fərqlənib. Patrik Kutronenin hesabında iki məhsuldar ötürmə var.

Xəbər lenti