Xəzər Xəbər

Serxio Buskets daha 3 il `Barselona`da

İdman | 14:02 • 25 Sentyabr 2018
Serxio Buskets daha 3 il `Barselona`da

İspaniyanın "Barselona” klubu futbolçu Serxio Buskets ilə yeni müqavilə bağlayıb.

30 yaşlı futbolçu daha üç il "Barselona” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

"Mən bu klubda çox xoşbəxtəm. Bura mənim ikinci evimdi. Artıq 16 ildir ki, "Barselona”nın formasını geyinirəm və bununla çox qürur duyuram. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə ispaniyalı bildirib.

Qeyd edək, ispaniyalı yarımmüdafiəçi "Barselona” klubunda 498 dəfə meydana start heyətdə çıxıb, 13 dəfə fərqlənib. S.Busketsin hesabında 33 məhsuldar ötürmə var.

Xəbər lenti