Xəzər Xəbər

Sərbəst güləş üzrə yığmamız dünya çempionatında dördüncü yeri tutub

İdman | 13:18 • 24 Sentyabr 2018
Sərbəst güləş üzrə yığmamız dünya çempionatında dördüncü yeri tutub

Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib.


Millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçi ilə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə ediblər.


Qeyd edək ki, çempionatda Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutublar. (AZƏRTAC)

Xəbər lenti