Xəzər Xəbər

İspaniya La Liqası: beşinci turun oyunlarının NƏTİCƏLƏRİ

İdman | 09:07 • 24 Sentyabr 2018
İspaniya La Liqası: beşinci turun oyunlarının

Sentyabrın 23-də İspaniya La Liqasının beşinci turun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun son oyununda gözlənilməz hesab qeydə alınıb. "Nou Kamp” stadionunda keçirilən "Barselona”-"Girona” matçı heç-heçə yekunlaşıb - 2:2.


"Real Madrid” klubu isə doğma meydanda Kataloniyanın digər təmsilçisi "Espanyol” komandasını sınağa çəkib. Görüş "Kral klubu”nun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.


Madrid şəhərinin digər təmsilçisi "Atletiko” səfərdə "Getafe” klubunu 2:0 hesabı ilə məğlub edib.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Ueska” – "Real Sosyedad” - 0:1


"Rayo Vallekano” – "Deportivo Alaves” - 1:5


"Selta Viqo” – "Real Valyadolid” - 3:3


"Eybar” – "Leqanes” - 1:0


"Levante” – "Sevilya” - 2:6


"Villyareal” – "Valensiya” - 0:0


"Real Betis” – "Atletik Bilbao” - 2:2.

Xəbər lenti