Xəzər Xəbər

Ukrayna millisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadıb

İdman | 12:44 • 22 İyul 2018
Ukrayna millisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadıb

Ukrayna milli komandası baş məşqçi Andrey Şevçenko ilə müqavilənin müddətini 2020-ci ilin iyulunadək uzadıb.


Bu barədə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib. Əfsanəvi futbolçu ilə yanaşı, köməkçiləri Andrea Maldera, Mauro Tasotti və Pedro Xaro ilə də yeni sözləşmələr imzalanıb.


Federasiya məşqçilər heyətinin qarşısına 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə təmin etməyi məqsəd qoyub.


Xatırladaq ki, Andrey Şevçenko 2016-cı ilin iyulundan Ukrayna millisinin sükanı arxasındadır. (AZƏRTAC)

Xəbər lenti