Xəzər Xəbər

Dünyanın ən varlı idman klubu məlum oldu

İdman | 12:52 • 19 İyul 2018
Dünyanın ən varlı idman klubu məlum oldu

Dünyanın ən varlı idman klubunun adı açıqlanıb. Bu ada "Dallas Kovboys" layiq görülüb.

Qeyd edək ki, bu idman klubu artıq ardıcıl olaraq 3-cü dəfədir ki, ən varlı idman klubu adını qazanır. Klubun dəyəri 4,8 milyard dollar təşkil edir.

"Forbes" jurnalının hazırladığı ən varlı idman klublarının reytinqində növbəti yerləri müvafiq olaraq "Mançester Yunayted" (dəyəri 4,1 milyard dollar) və "Real" (dəyəri 4,09 milyard dollar) tutub.

Dördüncü yerdə isə dəyəri 4,06 milyard dollar təşkil edən "Barselona" klubu qərarlaşıb.

Xəbər lenti