Xəzər Xəbər

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin daha altı oyunu keçiriləcək

İdman | 13:50 • 18 İyul 2018
Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin daha altı oyunu keçiriləcək

İyulun 18-də futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin daha altı oyunun cavab görüşləri keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, ikinci oyun günündə "Qarabağ” Sloveniya "Olimpiya”sını qəbul edəcək. Qazaxıstan "Astana”sı Monteneqroda "Sutyeska”nın qonağı olacaq. Həm Qurban Qurbanovun, həm də Roman Qriqorçukun baş məşqçi olduğu kollektivlər ilk matçdan minimal hesablı qələbə qazanıblar. Qriqorçuk səfərə Azərbaycan millisinin futbolçusu Riçard Almeydanı da aparıb. Almeyda ilk görüşdə iştirak etməyib.


İlk cütün qalibi növbəti mərhələdə Albaniyanın "Kukesi”, ikinci cütün sevinən tərəfi isə Danimarkanın "Mityulland” komandası ilə qarşılaşacaq.


Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq, "Kruzaders” (Şimali İrlandiya) və "Seltik” (Şotlandiya) – "Alaşkert” (Ermənistan) cütünün uduzan tərəfi ilə qarşılaşacaq. İlk görüşdə "Seltik” səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, Avroliqadakı rəqibin "Alaşkert” olacağı güman olunur.


Mərhələnin digər dörd oyunu aşağıdakılardır:


"Zrinski” (Bosniya və Herseqovina) – "Spartak” (Trnava, Slovakiya),


"Şerif” (Moldova) – "Torpedo” (Kutaisi, Gürcüstan),


"Rusenborq” (Norveç) – "Valür” (İslandiya),


"Seltik” (Şotlandiya) – "Alaşkert” (Ermənistan).

Xəbər lenti

Çox oxunanlar