Xəzər Xəbər

Beşiktaş Vidanın qiymətini açıqladı

İdman | 12:25 • 15 İyul 2018
Beşiktaş Vidanın qiymətini açıqladı

Liverpool dünya çempionatında yaxşı çıxış edən Xorvatiya millisinin üzvü Domaqoy Vidanı transfer etmək istəyir.

"Qırmızılar” bu transferi reallaşdırmaq məqsədilə Beşiktaş-a yeni təklif göndəriblər.

"Qara qartallar" onun transferindən gəlir əldə etmək niyyətindədir. Adalıların isə ikinci təklifi 20 milyon avro olub. İngilislərin təkidini görən İstanbul nəhəngi təcrübəli müdafiəçini buraxmağa razılıq verib. Lakin bunun müqabilində Liverpool qarşı tərəfə 35 milyon avro ödəməlidir. Domaqoy Vida Beşiktaş-a bu ilin yanvarında Kiyev Dinamo-sundan keçib.

Xəbər lenti