Xəzər Xəbər

Baş məşqçi futbolçunu milli komandadan uzaqlaşdırdı

İdman | 12:11 • 19 İyun 2018
Baş məşqçi futbolçunu milli komandadan uzaqlaşdırdı

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığma komandanın hücumçusu Nikola Kaliniçi heyətdən kənarlaşdırıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb N.Kaliniçin dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə matçdakı davranışı olub. Qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış baş məşqçi futbolçunu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, "Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.


Baş məşqçinin futbolçunu cəzalandıraraq heyətdən uzaqlaşdırmasından sonra N.Kaliniç artıq Rusiyanı tərk edərək ölkəsinə qayıdıb.

Xəbər lenti

Çox oxunanlar