Xəzər Xəbər

"Şaxtyor"dan Fred etirafı: "50 milyona satmadıq"

İdman | 12:30 • 23 May 2018
"Şaxtyor"dan Fred etirafı:

Adı "Mançester Siti"ilə hallanan "Şaxtyor"un yarımmüdafiəçisi Fred üçün Donetsk klubunun prezidenti Rinat Axmedov açıqlama verib.

Patron Braziliyanın dünya çempionatına yollanacaq heyətində yer alan futbolçunu qışda "Mançester Siti"yə satmadıqlarını deyib:

"Qış transfer dönəmində Fredinn transferi üçün "Mançester Siti" ilə görüşmüşdük. 50 milyon avro təklif etdilər, ancaq rədd etmək məcburiyyətində qaldıq. Çünki Çempionlar Liqasında və ölkə çempionatında yaxşı gedirdik. Strategiyamıza görə, doğru qərar verdik. "Mançester Siti"dənyenə də ona oxşar məbləğdə təklif alacağımıza inanıram".

"Şəhərlilər"in çalışdırıcısı Pep Qvardiolanın israrla istədiyi 25 yaşlı futbolçu bu mövsüm 37 oyuna 4 qol vurub, 7 assist edib.

Xəbər lenti