Xəzər Xəbər

“Rusiya-2018”: İran millisi ilkin heyətini açıqlayıb

İdman | 17:16 • 22 May 2018
“Rusiya-2018”: İran millisi ilkin heyətini açıqlayıb

İran millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.


AZƏRTAC xəbər verir ki, portuqaliyalı baş məşqçi Karluş Keyroş 23 futbolçuya dəvət göndərib.


Heyətdə qapıçılar - Rəşid Mazahari ("Zob Ahan”, İran), Əmir Abedzadə ("Maritimo”, Portuqaliya), Alireza Beyravand ("Persapolis”, İran), müdafiəçilər – Əli Qolizadə ("Saypa”, İran), Pajman Montazeri, Məjid Xoseini, Ruzbex Ceşmi (hər üçü – "İsteqlal”, İran), Məhammədi ("Axmat”, Rusiya), Məhəmmad Xanzadə ("Padidex”, İran), Morteza Purliqanji ("Əl Sədd”, Qətər), Ramin Rezaeyan ("Ostend”, Belçika), yarımmüdafiəçilər – Exsan Hajsafi, Kərim Ansarifard (hər ikisi - "Olimpiakos”, Yunanıstan), Masud Jodzai ("AEK”, Yunanıstan), Mehdi Torabi ("Saipa”, İran), Omid Ebraimi ("İstiqlal”, İran), Ezzatolaxi ("Amkar, Rusiya), hücumçular – Alireza Yaxanbakş ("AZ”, Hollandiya), Aşkan Dedjaqar ("Nottinqem Forest”, İngiltərə), Mehdi Taremi ("Əl Qarafa”, Qətər), Reza Qucanecad ("Herenveen”, Hollandiya), Saman Qoddos ("Estersund”, İsveç) Azmun ("Rubin”, Rusiya), Vahid Amiri ("Persepolis”, İran) yer alıblar.


Qeyd edək ki, İran yığması Rusiyada keçiriləcək dünya çempionatında Portuqaliya, İspaniya və Mərakeş ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər lenti