Xəzər Xəbər

Abramoviçə viza bir şərtlə veriləcək

İdman | 13:29 • 22 May 2018
Abramoviçə viza bir şərtlə veriləcək

Böyük Britaniya hakimiyyəti rusiyalı oliqarx Roman Abramoviçə viza verilməsi ilə bağlı şərtini açıqlayıb.


"The Guardian" qəzeti bildirir ki, rəsmi London vizanın uzadılması üçün Abramoviçdən gəlirlərinin mənbələrini açıqlamağı istəyib.


Qeyd edək ki, Britaniyada sərmayədar qismində viza alan şəxslər ölkə iqtisadiyyatına 2 milyon funt-sterlinq qoymağa məcburdur. Bu, həmin şəxslərə 40 ay ərzində krallıq ərazisində iş adamı olmaq imkanı verir.

"Çelsi" klubunun sahibi olan Abramoviçin gəlirləri Böyük Britaniya hökumətində şübhə yaradıb. Məhz buna görə, bir neçə rusiyalı binzesmenin yeni viza müddəti uzadılmır.

Xəbər lenti