Xəzər Xəbər

Pelleqrini London klubunun baş məşqçisi oldu

İdman | 12:12 • 22 May 2018
Pelleqrini London klubunun baş məşqçisi oldu

İngiltərənin "Vest Hem" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

London klubunu Manuel Pelleqrini çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çilili mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son iş yeri Çinin "Hebey Fortune" klubu olan Pelleqrini "Vest Hem"in baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilən Devid Moyesi əvəz edib.

Xəbər lenti