Xəzər Xəbər

Türkiyədə baş məşqçi istefası

İdman | 18:18 • 21 May 2018
Türkiyədə baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

 "Antalyaspor" baş məşqçisi Hamza Hamzaoğlu ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis qış fasiləsində Antalya təmsilçisinin sükanı arxasına keçmişdi. "Antalyaspor" 38 xalla mövsümü 14-cü pillədə başa vurub.

Xəbər lenti