Xəzər Xəbər

“Rusiya-2018”: İspaniya millisi ilkin heyətini açıqlayıb

İdman | 16:28 • 21 May 2018
“Rusiya-2018”: İspaniya millisi ilkin heyətini açıqlayıb

Fransa millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.


AZƏRTAC xəbər verir ki, baş məşqçi Xulen Lopoteqi 23 futbolçuya dəvət göndərib.


Heyətdə qapıçılar - Arisabalaq Kepa ("Athletik Bilbao, İspaniya), David De Xeya ("Mançester Yunated”, İngiltərə), Pepe Reyna ("Napoli”, İtaliya), müdafiəçilər – Jordi Alba ("Barselona”, İspaniya), Cezar Aspilikueta ("Çelsi”, İngiltərə), Jorar Pike("Barselona”, İspaniya), Daniel Karvaxal ("Real Madrid”, İspaniya), Serxio Ramos ("Real Madrid”, İspaniya), Fernandes Naco ("Real Madrid”, İspaniya) Naco Monreyal ("Arsenal”, İngiltərə), Alvaro Adriozola ("Real Sosyedad”, İspaniya), yarımmüdafiəçilər - Serxiyo Busqets ("Barselona”, İspaniya), Saul Niqez ("Atletiko Madrid”, İspaniya), Koke ("Atletiko Madrid”, İspaniya), Thiaqo ("Bavariya”, Almaniya), Andres Inyesta ("Barselona”, İspaniya”), David Silva ("Mançester Siti”, İngiltərə), İsko ("Real Madrid”, İspaniya), hücumçular – Rodriqo ("Valensiya”, İspaniya), Dieqo Kosta ("Atletiko Madrid”, İspaniya), Yaqo Aspas ("Selta”, İspaniya), Marko Asensiyo ("Real Madrid”, İspaniya), Lukas Vazqez ("Real Madrid”, İspaniya) yer alıblar.


Qeyd edək ki, İspaniya yığması Rusiyada keçiriləcək dünya çempionatında Portuqaliya, İran və Mərakeş ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər lenti