Xəzər Xəbər

Fellaini "Milan" yolunda

İdman | 13:51 • 21 May 2018
Fellaini "Milan" yolunda

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Maruan Fellaini karyerasını "Milan"da davam etdirə bilər.

İtaliya təmsilçisinin idman direktoru Massimiliano Mirabelli açıqlamasında hələrazılıq əldə edilmədiyini deyib: "Fellaini yaxşı futbolçudur. "Mançester Yunayted"lə müqaviləsini yenilmədiyiin bilirik. Ancaq razılıq əldə etdiyimiz demək çətindir".

İtaliya mətbuatında gəzənxəbərlərə görə, "qırmızı-qaralar" belçikalı futbolçuya illik 6 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif ediblər.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 23 oyuna 5 qol vurub, 1 assist edib.

Xəbər lenti