Xəzər Xəbər

"Beşiktaş"ın futbolçusu İspaniya klublarının hədəfində

İdman | 12:47 • 26 Aprel 2018
"Beşiktaş"ın futbolçusu İspaniya klublarının hədəfində

"Beşiktaş"ın qapıçısı Aqosto Fabrisio Ramiresölkəsi İspaniya klubunun transfer hədəfində yer alıb.

İstanbul klubunda göstərdiyi performansla diqqətləri üzərinə çəkən ispan qolkiperi "Selta" və "Espanyol" klubları heyətinə qatmaq üçün mübarizə aparırlar. İspaniya mətbuatında yer alan xəbərə görə, futbolçunun agenti ilə də görüş baş tutub.

Qeyd edək ki, Fabrinin "Beşiktaş"la müqaviləsi 2019-cu ilə qədərdir. 30 yaşlı ispaniyalı əlcək sahibi 2016-cı ildən "qara qartallar"da çıxış edir.

Xəbər lenti