Xəzər Xəbər

İngiltərə Futbol Assosiasiyası mövsümün hesabatını təqdim edib

İdman | 17:21 • 22 Mart 2018
İngiltərə Futbol Assosiasiyası mövsümün hesabatını təqdim edib

İngiltərə Futbol Assosiasiyası 2016/2017-ci il mövsümünün hesabatını təqdim edib.


Xezerxeber.az məlumat verir ki, vergiləri ödədikdən sonra assosiasiyanın gəliri 16 milyon funt təşkil edib.


İri beynəlxalq turnirdə iştirak etmədiyinə görə, İngiltərə Futbol Assosiasiyasının vəsait dövriyyəsi 376 milyon funtdan 351 milyon funtadək azalıb.


Hazırda təşkilatın xalis borcu (əvvəlki ildəki 174 milyona qarşı) 150 milyon funt təşkil edir.


Assosiasiya rekord məbləğdə vəsaiti - 127 milyon funtu İngiltərə futbolunun bütün mərhələlərinə sərmayəyə istifadə edib.

Xəbər lenti