Xəzər Xəbər

"Bavariya"nın Rodriqes planı

İdman | 18:18 • 16 Fevral 2018
"Bavariya"nın Rodriqes planı

"Bavariya" "Real"dan icarəyə götürdüyü Hames Rodriqeslə bağlı qərar verib.

Münhen klubu 26 yaşlı futbolçunun transfer hüququna sahib çıxmaq istəyir. Müqavilənin şərtlərinə görə Bundesliqa təmsilçisi 42 milyon avro ödəməklə Hamesi öz futbolçusu edə bilər. "Bild"in məlumatına görə, "Bavariya" kolumbiyalı yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək.

Qeyd edək ki, "Bavariya" Rodriqesi ötən ilin yayında 10 milyon avro qarşılığında 2 illik icarəyə götürüb.

Xəbər lenti