Xəzər Xəbər

"Real" transfer bombasını partladır 170 milyon avro

İdman | 17:42 • 16 Fevral 2018
"Real" transfer bombasını partladır

La Liqada çempionluq mübarizəsindən kənarda qalan "Real" "Mançester Yunayted"in ulduzu Paul Poqbanı transfer edir. Bu barədə İngiltərənin "The Sun" qəzeti məlumat yayıb.


İddialara görə, "Real" yayda "Mançester Yunayted"ə müraciət edəcək. "Kral Klubu" 2021-ci ilədək müqaviləsi olan futbolçu üçün 120 milyon funt-sterlinq (170 milyon avro) təklif edəcək.


Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya transfer edib. Həmin vaxt bu transfer rekordu hesab olunurdu.


Fanat.Az

Xəbər lenti