Xəzər Xəbər

Neymar dünya çempionatının simalarından biri olacaq

İdman | 16:00 • 16 Fevral 2018
Neymar dünya çempionatının simalarından biri olacaq

PSJ Neymarı müqaviləsi bitənə qədər başqa kluba buraxmaq fikrində deyil.

Paris klubunun sahibləri braziliyalı ulduzla 2022-ci ildə keçiriləcək dünya çempionatının simalarından biri olmaqla bağlı razılıq əldə edib.

26 yaşlı forvard mundialın siması olsa, 4 il ərzində 200 milyon avro qazanacaq.

PSJ-nin qətərli bossları hələlik məlumatı rəsmən təsdiqləməyib. Neymarın klubdakı hazırki məvacibi ildə 38 milyon avro təşkil edir.

Xəbər lenti