Xəzər Xəbər

"Liverpul"dan “Real”ın oyunçusuna FANTASTİK TƏKLİF: 700 milyon...

İdman | 14:35 • 16 Fevral 2018
"Liverpul"dan “Real”ın oyunçusuna FANTASTİK TƏKLİF:

"Real Madrid”in prezidenti Florentino Perez "Liverpul”un Marko Asensio üçün təklif göndərdiyini təsdiq edib.

"Mundo Deportivo” xəbər verir ki, Kutinyonu "Barselona”ya satan "Liverpul” bu futbolçunun yerini doldurmaq üçün Asensioya göz dikib və 22 yaşlı oyunçunun transferi üçün "Real”a 150 milyon avroluq bir təklif göndərib.

"Real”ın prezidenti təklif edilən məbləği açıqlamasa da, Asensionun qiymətinin 700 milyon avro olduğunu bildirib. Beləliklə, F.Perez ispaniyalı futbolçunun transfer olunmasını mümkünsüz hala gətirib.

Qeyd edək ki, gənc hücumçu ilə "Çelsi” və "Tottenhem” də yaxından maraqlanır.

Xəbər lenti