Xəzər Xəbər

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

İdman | 09:21 • 15 Fevral 2018
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.

Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış "Real” PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub.

Günün digər matçında "Porto” və "Liverpul” üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Real” (Madrid, İspaniya) – PSJ (Fransa) - 3:1

Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33

"Porto” (Portuqaliya) – "Liverpul” (İngiltərə) - 0:5

Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70

Xəbər lenti