Xəzər Xəbər

Ronaldonun yerinə Messi... ŞOK İDDİA

İdman | 18:06 • 14 Fevral 2018
Ronaldonun yerinə Messi...

Dünya futbolunun iki ən böyük ulduzu Lionel Messi və Kriştiano Ronaldo ilə bağlı 2012-ci ildə baş vermiş transfer danışıqları 6 il sonra üzə çızıb. Bu barədə "France Football" məlumat yayıb.


Bildirilir ki, həmin vaxt Ronaldo PSJ ilə danışıqlar aparıb və "Real"ın prezidenti Florentino Peres bu transferə razılıq verib. Amma bir şərtlə ki, portuqaliyalı ulduz kluba 200 milyon avo ödəsin.


Peres burdan əldə olunacaq 200 milyon avronu Messinin transferində istifadə edəcəyini deyib. Həmin vaxt argentinalı ulduzun "Barselona" ilə müqaviləsində 200 milyon avroluq sərbəst qalma maddəsi var idi.


Amma Ronaldonun PSJ-yə keçidi baş tutmadığından, Peresin Messi planı da reallaşmayıb.

Xəbər lenti