İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 5 milyard avro qarşılığında iki kanala satılıb.
2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. "Sky Sports” və "BT Sport” kanalları 7 paketdən 5-ni alıb. "Sky Sports" 4, "BT Spotrs" isə 1 paketə sahib olub.
Adları çəkilən kanallar yayım"Amazon", "Facebook", "Twitter" və "Niftlex" kimi ünlü şirkətləri yarışda qabaqlamağı bacarıb.
Digər iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.