Xəzər Xəbər

“Barselona”nın ilk transferi açıqlandı

İdman | 16:19 • 12 Dekabr 2017
“Barselona”nın ilk transferi açıqlandı

"Barselona” qış fasiləsində Kolumbiya yığmasının futbolçusu Erri Minanı transfer edəcək.


Kataloniya təmsilçisi hazırda Braziliyanın "Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçi üçün 9 milyon avro ödəyəcək.


Keçidin yanvarda baş tutmasının səbəbi komandanın digər müdafiəçiləri – Samüel Umtitinin zədəli, Xavyer Maskeranonun isə gələcəyinin qeyri-müəyyən olmasıdır.


Qeyd edək ki, Mina daha əvvəl vətənində "Deportivo Pasto” və "Santa-Fe” komandalarında çıxış edib.


Fanat.Az

Xəbər lenti