Xəzər Xəbər

Şahin Diniyevi Yunis Hüseynov əvəzlədi `Kəpəz`də yeni baş məşqçi

İdman | 14:28 • 20 Noyabr 2017
Şahin Diniyevi Yunis Hüseynov əvəzlədi

"Kəpəz”in yeni baş məşqçisi bəlli olub. Apasport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi Yunis Hüseynovla anlaşıb. Bu barədə əməkdaşımıza Hüseynovun özü məlumat verib.

Hüseynov bu postda Premyer Liqanın XII turu çərçivəsində "Səbail”lə oyundan (2:3) sonra istefaya göndərilən Şahin Diniyevi əvəzləyib. Klubun Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda ona həvalə olunub.

MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Yeni çalışdırıcı komanda üzvlərinə sabah təqdim olunacaq.

Qeyd edək ki, gəncəli olan Yunis Hüseynov məşqçilik karyerasına 2004-cü ildə başlayıb. 52 yaşlı mütəxəssis bu vaxta qədər "Karvan”, "Standard” və "Xəzər Lənkəran” klublarını çalışdırıb.

Xəbər lenti