Xəzər Xəbər

Teymur Rəcəbov liderlər qrupunda

İdman | 12:16 • 19 Noyabr 2017
Teymur Rəcəbov liderlər qrupunda

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.

T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.

T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda, ispan Fransisko Valyexo üzərində qələbə qazana bilib.

Üç turdan sonra Teymur Rəcəbov, Pyotr Svidler (İsrail), Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland) və Levon Aronyan (Ermənistan) hərəyə 2 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar./report

Xəbər lenti