Xəzər Xəbər

Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib

İdman | 16:33 • 18 Noyabr 2017
Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib

Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Qeyd edək ki, N. Süleymanoğlu xeyli müddət qara ciyər xəstəliyindən əziyyət çəkirdi. Onun qaraciyər transplantasiyası edilməyəcəyi təqdirdə öləcəyi bildirilirdi.

Xəbər lenti