Xəzər Xəbər

Mourinyo keçmiş futbolçusunu istəyir

İdman | 16:39 • 17 Noyabr 2017
Mourinyo keçmiş futbolçusunu istəyir

Braziliyalı futbolçu David Luis"Çelsi"dən ayrıla bilər

30 yaşlı müdafiəçi son zamanlar heyətə düşməkdə çətinlik çəkir. İngiltərənin "Daily Express" nəşrində yer alan məlumata görə Luis Joze Mourinyonun rəhbərliyi altında top qova bilər. Belə ki, Antonio Konte ilə aralarında problem olanfutbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır.

"Qırmızı-şeytanlar"ın portuqaliyalı çalışdırcısı David Luisi heyətində görmək istəyir. Mourinyo bu transferin baş tutması üçün rəhbərliklə danışacaq.

Luis Mourinyonun rəhbərlik etdiyi dönəmdə 50 milyon avro qarşılığında PSJ-yə satılmışdı. O, 2016-cı ildə London klubuna dönmüşdü.

Xəbər lenti