Xəzər Xəbər

Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

İdman | 16:01 • 20 Sentyabr 2017
Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Sentyabrın 20-də Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında keçirilən tədbirdə qurumun rəhbər heyətinə seçkilər olub.

Səsvermə nəticəsində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və müxtəlif idman qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının da prezidentidir.

Xəbər lenti