Xəzər Xəbər

Azərbaycan çempionu İran klubuna qalib gəlib

İdman | 15:23 • 20 Sentyabr 2017
Azərbaycan çempionu İran klubuna qalib gəlib

Futzal üzrə UEFA kubokuna hazırlaşan "Araz” yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri Bakıda İranın "Mes Sunq” klubu ilə üz-üzə gəliblər.

 

Qarşılaşma təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tiaqonun het-trik etdiyi görüşdə Eduardo, Vilel və Ramiz Çovdarov hərəyə bir dəfə fərqlənib.

 

Növbəti matç sabah saat 17:00-da olacaq.

 

Qeyd edək ki, Vilel "Araz”ın yeni transferidi. 

Xəbər lenti