Xəzər Xəbər

Luis Enrike Super Liqaya keçir

İdman | 11:51 • 20 Sentyabr 2017
Luis Enrike Super Liqaya keçir

Rıza Çalımbayla yollarını ayıran "Antalyaspor” klubu vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb.

Super Liqa təmsilçisi tanınmış mütəxəssis Luis Enrikeni baş məşqçi postuna gətirmək niyyətindədi.

"Barselona”nın sabiq çalışdırıcısı ilə ilkin razılığın əldə edildiyi də bildirilir.

Qeyd edilir ki, əgər ispaniyalının gəlişi reallaşmasa, Alberto Zakkeroni, Fabio Kapello, Roberto Di Matteo, Tomas Tuhel, Mehmet Özdilək və ya Ərtuğrul Sağlamdan biri bu posta gətiriləcək.

Xəbər lenti