Xəzər Xəbər

147 milyonluq transferinin zədələnməsi "Barselona"nı sevindirdi

İdman | 17:35 • 19 Sentyabr 2017
147 milyonluq transferinin zədələnməsi

"Barselona"nın Neymarın yerinə transfer etdiyi Osman Dembelenin "Xetafe" ilə oyunda zədələnməsi klubun işinə yarayacaq. Kataloniya klubu bu səbəbdən Dortmund "Borussiya"sına daha az bonus ödəyəcək.

Almaniyanın nüfuzlu "Bild" qəzeti yazır ki, Dembele cari mövsümdə 50 oyuna çıxacağı halda "Barselona" "Borussiya"ya 10 milyon avro bonus ödəməli idi. Lakin onun zədələnməsi kataloniyalıların daha az bonus ödəməsinə səbəb olacaq. Çünki "Xetafe" ilə oyunda ağır zədə alan Dembele 4 ay yaşıl meydanlardan kənarda qalacaq və bu halda onun 50 rəsmi oyuna çıxması mümkün deyil.

Qeyd edək ki, "Barselona" Neymarı 222 milyon avroya PSJ-yə satdıqdan sonra Dembeleni transfer edib. Kataloniya klubu bu futbolçu üçün "Borussiya"ya 105 milyon avro ödəyib. 42 milyon avro isə bonus olaraq nəzərdə tutulub./fanat.az

Xəbər lenti