Xəzər Xəbər

Türkiyədə növbəti baş məşqçi istefası

İdman | 12:35 • 19 Sentyabr 2017
Türkiyədə növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.

"Antalyaspor”un baş məşqçisi Rza Çalımbayla yollar ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Antalya təmsilçisi təcrübəli mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Bu istefanın da əsas səbəbi komandanın uğursuz çıxış etməsidi.

Qeyd edək ki, "Antalyaspor” Super Liqanın geridə qalan 5 turunda cəmi 3 xala toplaya bilib.

Xəbər lenti