Xəzər Xəbər

"Barselona"nın ulduzu Şakiradan ayrılıb? İDDİA

İdman | 16:03 • 18 Sentyabr 2017
"Barselona"nın ulduzu Şakiradan ayrılıb?

"Barselona"nın futbolçusu Cerard Pike 7 illik həya yoldaşı, pop ulduz Şakiradan ayrılıb. Bu barədə İspaniyanın magazin mediası məlumat yayıb.

Media cütlüyün artıq bir müddətdi sosial mediada ortaq paylaşım etməməsinə və Pikenin "Espanyol"la oyunda vurduğu qol sevincini təkrarlamamasına diqqəti çəkib. Pike əvvəllər vurduğu qolları qol vurarkən sevincini iki ili ilə iki işarəsi göstərərək qeyd edirdi. Bununla o, özünün və Şakiranın 2 fevralda dünyaya gəlməsinə işarə vururdu.

Bu xəbərlərin yayımlmasından sonra Pike "Instagram" hesabından üzərinə "Bazar, ailə vaxtı" yazılmış foto paylaşıb və Şakiranı etiketləyib. Şəkildə Şakira ilə yanaşı övladları - Milan və Saşa yer alıb.

Xəbər lenti