Xəzər Xəbər

AFFA qərarını dəyişdi: "Şahdağ" I Divizionda oynayacaq

İdman | 15:18 • 18 Sentyabr 2017
AFFA qərarını dəyişdi:

AFFA və PFL-in birgə komissiyasının Qusarın "Şahdağ" klubuna I Divizionda oynamaq üçün icazə verməməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

XəzərXəbər xəbər verir ki, şimal bölgəsi təmsilçisi bu qərardan narazı qalıb və çempionatda iştirak etmək üçün AFFA ilə danışıqlarını davam etdirib. Əldə etdiyimiz məlumata görə, "Şahdağ" rəhbərliyi AFFA rəsmiləri ilə görüşüb.

Görüş qusarlılar üçün uğurlu keçib. Belə ki, AFFA mövqeyini dəyişib və "Şahdağ" növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparacaq./sportal

Xəbər lenti