Xəzər Xəbər

“Zirə” klubu rumıniyalı müdafiəçini heyətinə qatıb

İdman | 17:02 • 27 İyun 2017
“Zirə” klubu rumıniyalı müdafiəçini heyətinə qatıb

Bakının "Zirə” klubu Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib.

Xezerxeber.az kluba istinadla xəbər verir ki, rumıniyalı Qabriel Matey "qartallar”ın sıralarına qoşulub. Klubla müdafiəçi arasında "1+1” il şərti ilə müqavilə imzalanıb.

Qabriel Matey ölkəsində "İnternasional”, "Panduri”, "Styaua”, "Akademika” və "Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsümü Polşanın "Qurnik” klubunda keçirən Matey, həmçinin Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Xəbər lenti